logo
Dövlət Statistika Komitəsi "Azərbaycanda turizm" statistik məcmuəsini yayımlayıb

Dövlət Statistika Komitəsi "Azərbaycanda turizm" statistik məcmuəsini yayımlayıb

Dövlət Statistika Komitəsi "Azərbaycanda turizm" statistik məcmuəsini yayımlayıb Dövlət Statistika Komitəsi "Azərbaycanda turizm" statistik məcmuəsini yayımlayıb

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi "Azərbaycanda turizm" adlı statistik məcmuənin yeni elektron versiyasını istifadəyə verib.

"İnnews Media" xəbər verir ki, nəşrdə ölkədə fəaliyyət göstərən turagent və turoperatorların, mehmanxana (hotel) və mehmanxana tipli yerləşdirmə obyektlərinin əsas iqtisadi göstəriciləri, həmçinin turizm sektorunu xarakterizə edən mühüm statistik məlumatlar əks olunub.

Məcmuədə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının, ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, eləcə də iaşə dövriyyəsinə dair statistik göstəricilər yer alıb.

"Azərbaycanda turizm" statistik məcmuəsinin elektron versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

"Azərbaycanda turizm" statistik məcmuəsi (PDF)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media