logo
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində memarla görüş keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində memarla görüş keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində memarla görüş keçirilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində memarla görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində memar Fəxrəddin Verdiyevlə görüş təşkil olunub.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşdən əvvəl qonaq Mərkəzin fəaliyyəti, inklüziv yaradıcılıq mühiti və təlim prosesi ilə tanış olub.

Qurumun xidmət istiqamətləri, həmçinin həssas qruplardan olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən layihələrdən söhbət açılıb.

Ölkəmizdə reallaşdırılan bir sıra mühüm sosial-mədəni təyinatlı layihələrin, eləcə də memarlıq abidələrinin tikinti rəhbəri və müəllifi olan memar "Gələcəyin şəhərləri necə olmalıdır?" mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə Mərkəzin təlimçi və benefisiarları, eləcə də "Könüllü DOST" proqramının “İnklüziv DOST” altproqramı üzrə fəaliyyətə cəlb olunan könüllülər iştirak ediblər.

Fəxrəddin Verdiyev öz yaradıcılıq yolu ilə bağlı mühüm məqamlardan bəhs edib, ölkəmizin zəngin memarlıq ənənələri və müasir şəhərsalma mədəniyyəti ilə bağlı təcrübəsini bölüşüb.

Təqdimat zamanı müasir şəhərsalmada inklüzivlik, fiziki əlçatanlıq və universal dizaynın təmin edilməsinin vacibliyi, həmçinin bu sahədə görülən işlər diqqətə çatdırılıb.

İnteraktiv formatda davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media