logo
Yaşar Cəlilovdan kövrək layihə - "Nihalım" təqdim olundu

Yaşar Cəlilovdan kövrək layihə - "Nihalım" təqdim olundu

Yaşar Cəlilovdan kövrək layihə - "Nihalım" təqdim olundu Yaşar Cəlilovdan kövrək layihə - "Nihalım" təqdim olundu

Müğənni Yaşar Cəlilov yeni "Nihalım" adlı mahnısını dinləyicilərin ixtiyarına verib.

"innews media" xəbər verir ki, bəstə sənətçinin yaxın dostunun vaxtsız dünyasını dəyişən 15 yaşlı qızı Nihalın əziz xatirəsinə həsr olunub.

Mahnının sözlərinin müəllifi mərhumun atası Həsən Qocayev, musiqisinin müəllifləri isə Həsən Qocayev və Elşən Axundovdur. Musiqi tərtibatı (aranjman) Elşən Axundov tərəfindən hazırlanıb.

Lirik üslubda təqdim olunan mahnıya çəkilən klipin rejissoru Ali Farhaddır. Klipdə süni intellekt texnologiyasından istifadə olunaraq Nihal və ailəsinin obrazları canlandırılıb. Layihənin əsas məqsədi vaxtsız itirilən bir övladın xatirəsini yaşatmaq və onun ailəsinə mənəvi dəstək göstərməkdir.

Qeyd edək ki, müğənni Yaşar Cəlilovun yayım hüquqları "Mikpro" şirkətinə məxsusdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media