logo
Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan çempionatına yekun vurulub Azərbaycan çempionatına yekun vurulub

Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.

“Millenium” Dondurma Fabrikinin tərəfdaşlığı ilə keçirilən yarışın 2-ci günündə 90 iştirakçı qələbə uğrunda mübarizə aparıb.

Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.

U17 qızlar

45 kq

1. Gülnar Ağadadaşova (UGİM-2)

2. Gülay Xasməmmədova (Abşeron, “Mywrestling”)

3. Vəfa Orucova (Müşfiqabad)

55 kq

1. Günel Kərimli (Abşeron, “Mywrestling”)

2. Yağmur Məlikli (AHİTA, Abşeron)

3. Aişə Cabbarova (Sumqayıt)

65 kq

1. Fidan Babayeva (AHİTA, Abşeron)

2. Yağmur İsmayılzadə (Sumqayıt)

3. Mədinə Qasımova (Neftçi)

Kişilər

70 kq

1. Rübail İbrahimli (Abşeron)

2. İbrahim Musayev (Mywrestling)

3. İmamhüseyn Nəbiyev (Ağstafa)

80 kq

1. Cavid Niftəlizadə (FHN)

2. Mürşüd Hüseynov (AHİTA)

3. Tehran Əliyev (FHN)

90 kq

1. Ramiz Həsənov (Gəncə, Təhsil-1)

2. Fərid Cabbarov (Neftçi)

3. Nəsib İsayev (Ağstafa)

+90 kq

1. Camal Feyziyev (AHİTA)

2. İslam İlyasov (Abşeron)

3. Rəvan Musayev (Olimpsport)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media