logo
Azərbaycan millisinin Avropa çempionatında medal sayı yeddiyə çatdı

Azərbaycan millisinin Avropa çempionatında medal sayı yeddiyə çatdı

Azərbaycan millisinin Avropa çempionatında medal sayı yeddiyə çatdı Azərbaycan millisinin Avropa çempionatında medal sayı yeddiyə çatdı

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi aktivindəki medalların sayını yeddiyə çatdırıb.

Sadiq Məmmədov (-73 kq) finala qədər uğurla irəliləyib. Cüdoçumuz həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olaraq Avropa çempionatının gümüş medalına layiq görülüb.

İlkin Qarayev (-66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media