https://innews.media/uploads/news/2026-07/_innews_5b9a64be44cb58845c84b25a8_o.jpg
Macarıstanın Tiszaújváros şəhərində 27–28 iyun tarixlərində keçirilən triatlon üzrə Dünya Kuboku və Yeniyetmələrin Avropa Kubokunda Azərbaycanı beynəlxalq dərəcəli hakim Balaheydər Kərimov təmsil edib.
Balaheydər Kərimov bu nüfuzlu yarışda hakim kimi fəaliyyət göstərməklə Azərbaycan triatlonu tarixində ilkə imza atıb. O, Dünya Kuboku yarışlarında hakimlik edən ilk azərbaycanlı hakim olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin