logo
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verildi

“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verildi

“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verildi “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verildi

“Azərbaycan Şahmat Turu” çərçivəsində “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib. Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla reallaşan turnirdə ölkəmizdə yanaşı Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.

“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-Prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak edib.

Turnir reytinqlərə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.

200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu 22.650 manat təşkil edir. Turnirin baş hakimi Şaiq Quliyevdi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media