https://innews.media/uploads/news/2026-06/_innews_5f8507c00d75e678cde1e2eaf_o.jpg
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb. Son yarış günündə Əjdər Bağırov (-100 kq) Azərbaycan millisinin aktivinə növbəti medalı yazdırıb. Cüdoçumuz gümüş mükafata sahib çıxıb.
Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (-66 kq) qızıl, Rəşad Yelkiyev (-66 kq) gümüş, Kamran Süleymanov (-73 kq) isə bürünc medal qazanmışdı.
Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığmamız 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci və üçüncü pilləri bölüşüb.
Ən son xəbərləri səhifəmizdən də izləyin