https://innews.media/uploads/news/2026-06/_innews_7211f41c9cc6a528eba17251c_o.jpg
İyunun 28-də İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə fərdi yarışlarda təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
29 iyun – 2 iyul tarixlərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında ilk yarış günü təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 19:30-da start götürəcək. Turnirin görüşləri "Judo TV" vasitəsilə canlı yayımlanacaq.
Oğlanlar
-50 kq, 1/8 final
Nihad Ağayev – Levente Naqi (Macarıstan) / Aaron Coşua Keller (Almaniya) cütünün qalibi ilə
Fərid Rzazadə – Armen Matevosyan (Ermənistan) / Dimitrios Qulos (Yunanıstan) cütünün qalibi ilə
-55 kq, 1/16 final
Rza Xəlilli – Nikita Qutu (Rumıniya)
-55 kq, 1/8 final
İbrahim Talıbov – Noham Benkrouidem (Fransa) / Aleksandar Vuşev (Bolqarıstan) cütünün qalibi ilə
-60 kq, 1/16 final
Mehman Əsgərov – Narek Nahapetyan (Ermənistan) / Adam Kostoyev (İsveç) cütünün qalibi ilə
-66 kq, 1/16 final
İlkin Qarayev – Samuil Dimitrov (Bolqarıstan)
-73 kq, 1/8 final
Sadiq Məmmədov – Matas Marksaitis (Litva) / Noam Stiner (İsrail) cütünün qalibi ilə
-81 kq, 1/16 final
Yaqub Məmmədov – Yan Markoviç (Bosniya-Herseqovina)
Ayxan Həsənli – Akos Naqi (Rumıniya)
-90 kq, 1/8 final
Ömər Axundov – Qriqorios Mirazanaşvili (Kipr) / Kaur Leetsar (Estoniya) cütünün qalibi ilə
Qızlar
-40 kq, 1/8 final
Zəhra Quliyeva – Aviqayil Qat Mualem (İsrail)
Sunay Salamova – Kandela Kosta Kabana (İspaniya)
-44 kq, 1/16 final
Pərvin Sevxanlı – Yelena Tanaçkov (Serbiya)
Fatimə Abdullayeva – Silvia Kilaçkova (Slovakiya)
-48 kq, 1/8 final
Könül Eyvazlı – Jasmina Mantayeva (Avstriya) / Mia Mari Beermann (Almaniya) cütünün qalibi ilə
-70 kq, 1/16 final
Məsumə Məmmədli – Norah Qosset (Fransa)
+70 kq, 1/8 final
Zemfira Əliyeva – Ballalo Kulibali Ture (İspaniya)
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan – Çexiya
Ən son xəbərləri səhifəmizdən də izləyin