logo
Azərbaycan Turizm və Menecment Universitetində QM-2201 qrupunun yekun müdafiəsi keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində QM-2201 qrupunun yekun müdafiəsi keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində QM-2201 qrupunun yekun müdafiəsi keçirilib Azərbaycan Turizm və Menecment Universitetində QM-2201 qrupunun yekun müdafiəsi keçirilib

24 iyun 2026-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində QM-2201 qrupu tələbələrinin yekun müdafiəsi keçirilib. Müdafiə zamanı tələbələr təhsil müddətində əldə etdikləri nəzəri bilik və praktik bacarıqları əsasında hazırladıqları yekun işləri komissiyaya təqdim edərək mövzularını ətraflı şəkildə müdafiə ediblər.

Yekun müdafiə prosesinə komissiya sədri Nazilə Axundova rəhbərlik edib. Komissiya sədrinin müavini s.ü.f.d., dosenti Tərlan Növrəsli olub. Komissiyanın üzvləri olaraq b.e.n.dosent Gülnar Məmmədli, a.e.ü.f.d.dosent Çingiz Əliyev, baş müəllim Həlilə Məmmədova, p.e.n., dosent Novruz Quliyev , b.e.n., dos. Ədilə Mahmudova ,Pakizə Tanırverdiyeva ,Aytəkin Pənahova iştirak ediblər. Komissiyanın katibi vəzifəsini Səkinə Abbasova icra edib.

Müdafiə zamanı tələbələr tədqiqat mövzularını əsaslandıraraq komissiya üzvlərinin suallarını cavablandırıb, əldə etdikləri bilik və bacarıqları uğurla nümayiş etdiriblər. Təqdim olunan işlər aktuallığı, elmi-praktiki əhəmiyyəti və təqdimat səviyyəsi baxımından komissiya tərəfindən qiymətləndirilib.

Yekun müdafiəni uğurla başa vuran QM-2201 qrupunun tələbələrini təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində və karyeralarında uğurlar arzulayırıq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media