https://innews.media/uploads/news/2026-06/_innews_61704f695963387976f6247e3_o.jpg
Bu gün Milli Gimnastika Arenasında UFC Fight Night: Fiziev vs. Torres turniri ərəfəsində döyüş həftəsinin ən həyəcanlı və ən çox gözlənilən tədbirlərindən biri – Təntənəli Çəkiölçmə və Üz-üzə Gəlmələr mərasimi keçirilib.
Minlərlə azarkeşin böyük maraq göstərdiyi tədbirdə UFC döyüşçüləri oktaqona çıxmazdan əvvəl son dəfə üz-üzə gəlib, döyüş öncəsi gərginliyi və emosiyaları tamaşaçılarla bölüşüblər. Ənənəvi üz-üzə gəlmələr hər zaman UFC döyüş həftəsinin ən yaddaqalan anlardan biri hesab olunur. Məhz bu mərasimdə rəqiblər son dəfə bir-birinin gözünə baxır, döyüşə tam hazır olduqlarını nümayiş etdirir və qarşılaşma öncəsi son mesajlarını verirlər.
Tədbirdə iştirak edən azarkeşlər UFC atmosferini yaxından hiss etmək, sevimli döyüşçülərini canlı izləmək və döyüş gecəsi öncəsi unudulmaz emosiyalar yaşamaq imkanı əldə ediblər.
UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. Turnir ərzində azarkeşləri ümumilikdə 13 maraqlı döyüş, o cümlədən Azərbaycanı təmsil edən dörd UFC döyüşçüsünün çıxışı gözləyir.
Bu yayın ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Ən son xəbərləri səhifəmizdən də izləyin