https://innews.media/uploads/news/2026-06/_innews_9de19b6cccf96589088350e0b_o.jpg
Bu gün Milli Gimnastika Arenasında UFC Fight Night: Fiziev vs. Torres turniri ərəfəsində ən həyəcanlı və yaddaqalan tədbirlərindən biri – Təntənəli Çəkiölçmə və Üz-üzə Gəlmələr baş tutacaq.
Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.
Arenanın qapıları saat 16:00-dan etibarən tamaşaçılar üçün açılacaq.
Təntənəli çəkiölçmə UFC turnirlərinin ayrılmaz hissəsi olmaqla yanaşı, döyüş həftəsinin ən emosional anlarından biri hesab olunur. Məhz burada döyüşçülər oktaqona çıxmazdan əvvəl son dəfə üz-üzə gəlir, baxışları və son sözləri ilə döyüşün gərginliyini daha da artırırlar.
Azarkeşlər UFC Fight Night Baku turnirinin bütün iştirakçılarını bir arada görmək, yaddaqalan anlara şahidlik etmək və döyüş gecəsi öncəsi unikal atmosferi yaşamaq imkanı əldə edəcəklər.
UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz
Ən son xəbərləri səhifəmizdən də izləyin