logo
“Yeriyən Dahi”

“Yeriyən Dahi”

“Yeriyən Dahi” “Yeriyən Dahi”

Bu yalnız futbol dərsi deyil, Bu, həm də həyat dərsidir.

Futbol haqqında danışarkən çox vaxt oyunçuların texniki və fiziki göstəricilərdən bəhs edirik. Müasir futbolun statistika ilə zənginləşdiyi bir dövrdə bəzən ən vacib göstəricinin gözümüzdən qaçdığını unuduruq: oyunu oxumaq bacarığı.

Oyunu oxumaq bacarığı kontekstində, Lionel Messi fenomeni xüsusi diqqət çəkir.

Uzun illərdir futbol analitikləri maraqlı bir faktı vurğulayırlar. Messi əksər hallarda meydanda digər hücumçular və yarımmüdafiəçilərlə müqayisədə daha az məsafə qət edir. Bəzi oyunlarda onun qaçış göstəricisi komanda yoldaşlarından 3-4 kilometr az olur. Buna baxmayaraq, oyunun sonunda ən çox qol epizodu yaradan və matçın taleyini dəyişən futbolçu yenə də Messi olur.

Məhz buna görə futbol mütəxəssisləri onun oyun tərzini "Walking Genius" – "Yeriyən Dahi" kimi xarakterizə edirlər.

Messi top onda olmadığı zaman tez-tez yeriyir. İlk baxışdan bu, passiv “gəzinti” kimi görünə bilər. Əslində isə həmin anlarda o, rəqib müdafiənin quruluşunu öyrənir, boşluqları müəyyən edir, komanda yoldaşlarının hərəkətlərini izləyir və növbəti hücumun ssenarisini qurur. O, enerjisini məhz həlledici anlara saxlayır.

Argentina millisində Rodriqo De Paul, Enzo Fernandes və Aleksis MakAllister kimi futbolçular adətən Messidən daha çox qaçırlar. Onlar müdafiə yükünü daşıyır, presinq edir, meydanın hər qarışında mübarizə aparırlar. Messi isə fərqli missiya yerinə yetirir: oyunu yaratmaq, son qərarı vermək və həlledici zərbəni vurmaq.

Bu, yalnız futbol dərsi deyil. Bu, həm də həyat dərsidir.

Cəmiyyətimizdə bəzən uğuru yalnız çox işləmək, daha çox enerji sərf etmək və daim hərəkətdə olmaqla əlaqələndiririk. Halbuki yüksək nəticə hər zaman ən çox qaçanların deyil. Bəzən uğur mövcud resurslardan daha ağıllı, daha səmərəli və daha məqsədyönlü istifadə edənlərin olur.

Messi bizə göstərir ki, uğurun meyarı doğru anda doğru yerdə olmaq və mövcud imkanlardan maksimum nəticə çıxarmaqdır. Bəlkə də Lionel Messinin ən böyük dahiliyi vurduğu qollardan daha çox məhz budur.

Ramil İskəndərli

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media