https://innews.media/uploads/news/2026-06/_innews_0e7a4549a2ffb5cd6156f3d5a_o.jpg
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəisi Murad Balayev ABŞ-nin Colorado ştatının paytaxtı Denver şəhərində keçirilən Milli CERT-lərin qapalı texniki iclasında (NatCSIRT 2026), həmçinin təşkil olunan 38-ci beynəlxalq FIRST konfransında (FIRSTCON26) iştirak edib.
Carnegie Mellon Universitetinin CERT Koordinasiya Mərkəzi (CERT/CC) tərəfindən təşkil edilən “NatCSIRT 2026” milli səviyyədə kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və onlara cavab verilməsi funksiyalarını həyata keçirən CERT qurumlarının nümayəndələri üçün nəzərdə tutulmuş qapalı beynəlxalq platformadır. Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində aktual çağırışlar, təhdid kəşfiyyatı, insidentlərə cavabvermə imkanlarının inkişafı, kritik informasiya infrastrukturunun mühafizəsi, rəqəmsal dayanıqlılıq və beynəlxalq məlumat mübadiləsi məsələləri müzakirə olunub.
Eləcə də, FIRSTCON26 çərçivəsində keçirilən beynəlxalq “Capture The Flag” (CTF) yarışında XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin “AzCyberForce” komandası 69 komanda və 179 iştirakçı arasında 5-ci yerə yüksələrək, Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki peşəkar potensialını beynəlxalq səviyyədə nümayiş etdirmişdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin