https://innews.media/uploads/news/2026-06/_innews_833764e9e5aab1e2b83a581ae_o.jpg
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi tərəfindən “Mediasiyada Emosional Dayanıqlıq: Barışın Arxasındakı İnsan – Stress və Etika” adlı layihə başlayıb. Layihə Mediasiya Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi mediatorların peşə fəaliyyətində qarşılaşdıqları psixoloji gərginlikləri idarə etmək, etik dilemmlərdə düzgün qərar vermək və ümumilikdə mediasiya prosesində daha effektiv, empatik və dayanıqlı iştiraklarını təmin etməkdir. Bu məqsədlə Bakı, Lənkəran, Quba, Mingəçevir, Qəbələ və Masallıda təlimlər təşkil olunacaq.
Təlimlər psixoloq və hüquqşünas ekspertlərin iştirakı ilə interaktiv formatda keçiriləcək, real hadisələr, simulyasiyalar və rollu oyunlar vasitəsilə mediatorların emosional intellekti, stressə qarşı dayanıqlığı və etik qərarvermə bacarıqları inkişaf etdiriləcək.
Layihə çərçivəsində 60 mediator birbaşa faydalanacaq, dolayısı ilə isə münaqişə tərəfləri, mediasiya təşkilatları və cəmiyyət daha etik və empatik mediasiya təcrübəsindən yararlanacaq.
Layihə mediatorların stressə qarşı müqaviməti və etik qərarvermə bacarıqları güclənəcək, çediasiya proseslərinin effektivliyi və ictimai etimad artması və regionlarda mediasiya institutunun inkişafına real töhfə veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin