logo
ADPU əməkdaşları Polşada keçirilən beynəlxalq elmi seminarda iştirak ediblər

ADPU əməkdaşları Polşada keçirilən beynəlxalq elmi seminarda iştirak ediblər

ADPU əməkdaşları Polşada keçirilən beynəlxalq elmi seminarda iştirak ediblər ADPU əməkdaşları Polşada keçirilən beynəlxalq elmi seminarda iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları – Keyfiyyətin Təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova və Pedaqoji psixologiya kafedrasının müəllimi Könül Xudazadə Polşanın Mariya Skladovska Küri Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqogika və psixologiya fakültəsində təşkil olunan beynəlxalq elmi seminarda iştirak ediblər.

"Müasir dövrdə sosial adaptasiya çətinlikləri yaşayan insanların xüsusiyyətləri" (Social Adaptation Difficulties of Contemporary People) mövzusunda keçirilən elmi seminarda ADPU əməkdaşları “Təhsil prosesində yeniyetmələr arasında deviant davranışın səbəblərinin psixopedaqoji təhlili” mövzusunda məruzə ilə çıxış ediblər. 

Seminar çərçivəsində ADPU nümayəndələri universitetdə həyata keçirdikləri “21-ci əsrdə rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı layihəni də beynəlxalq auditoriyaya təqdim ediblər. Layihədə müasir dövrdə rəqəmsal texnologiyaların şagirdlərin sosial, psixoloji və təhsil həyatına təsiri, eləcə də rəqəmsal asılılığın qarşısının alınması istiqamətində aparılan tədqiqat və fəaliyyətlər haqqında məlumat verilib.

Seminarda ADPU ilə elmi-tədqiqat və akademik əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə layihələrin və beynəlxalq əməkdaşlıq əlaqələrinin davam etdirilməsi müzakirə edilib.

Qeyd edək ki, beynəlxalq seminar müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirərək sosial adaptasiya, pedaqogika və psixologiya sahələrində aktual problemlərin müzakirəsi üçün mühüm elmi platforma rolunu oynayır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media