logo
ADPU ilk dəfə QS World University Rankings 2027 reytinqində - müəllim-tələbə nisbəti dünya ortalamasının 2 qatı, məşğulluq səviyyəsi 91.5 faiz

ADPU ilk dəfə QS World University Rankings 2027 reytinqində - müəllim-tələbə nisbəti dünya ortalamasının 2 qatı, məşğulluq səviyyəsi 91.5 faiz

ADPU ilk dəfə QS World University Rankings 2027 reytinqində - müəllim-tələbə nisbəti dünya ortalamasının 2 qatı, məşğulluq səviyyəsi 91.5 faiz ADPU ilk dəfə QS World University Rankings 2027 reytinqində - müəllim-tələbə nisbəti dünya ortalamasının 2 qatı, məşğulluq səviyyəsi 91.5 faiz

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə olaraq QS World University Rankings 2027 reytinqində yer alıb. Universitet reytinqdə dünya üzrə 1201–1400-cü yerlər aralığında qərarlaşıb. 

QS Quacquarelli Symonds tərəfindən açıqlanan 2027-ci il reytinqində dünyanın 106 ölkə və regionundan 8808 ali təhsil müəssisəsi qiymətləndirilib, onların 1504-ü reytinq cədvəlinə daxil edilib. Azərbaycan bu siyahıda 10 universitetlə təmsil olunur və ADPU həmin ali məktəblər sırasında ilk dəfə yer alan yeganə universitetdir. 

QS World University Rankings ali təhsil müəssisələrini akademik nüfuz, işəgötürənlər arasında reputasiya, müəllim-tələbə nisbəti, elmi nəşrlərə edilən istinadlar, məzunların məşğulluq göstəriciləri, beynəlxalq müəllim və tələbələrin payı, beynəlxalq tədqiqat şəbəkələri və dayanıqlılıq kimi mühüm indikatorlar əsasında qiymətləndirir. 

Universitetin ən yüksək göstəricisi müəllim-tələbə nisbəti üzrə qeydə alınıb. Bu indikator üzrə ADPU 152-ci yerdə qərarlaşıb və 82,8 bal toplayıb. QS tərəfindən təqdim olunan müqayisəli göstəricilərə əsasən, ADPU-da hər 100 tələbəyə 14,8 müəllim düşür ki, bu da qlobal median göstəricidən (7,7) təxminən iki dəfə yüksəkdir. 

Universitetin məzunlarının məşğulluq göstəriciləri də diqqətəlayiq nəticələr sırasındadır. QS-in məlumatına görə, ADPU məzunlarının məşğulluq səviyyəsi 91,5 faiz təşkil edir. Bu göstərici universitetdə həyata keçirilən təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu, məzunların peşəkar fəaliyyətə uğurlu inteqrasiyasını və universitetin cəmiyyət üçün ixtisaslı kadr hazırlığı sahəsində mühüm rolunu göstərir. 

ADPU-nun elmi fəaliyyəti ilə bağlı göstəricilər də reytinq hesabatında öz əksini tapıb. Universitetin alimləri tərəfindən 2020–2024-cü illər ərzində Scopus bazasında indekslənən yüzlərlə elmi məqalə nəşr olunub, həmin tədqiqatlara çoxsaylı istinadlar qeydə alınıb.

Qeyd edək ki, 2004-cü ildən etibarən dərc olunan QS World University Rankings dünyanın ən nüfuzlu və ən çox istinad edilən beynəlxalq universitet reytinqlərindən biri hesab olunur və hər il milyonlarla tələbə, tədqiqatçı, işəgötürən və ali təhsil eksperti tərəfindən ali təhsil müəssisələrinin qiymətləndirilməsi üçün əsas mənbələrdən biri kimi istifadə edilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media