logo
ADA Universitetinin nümayəndə heyəti İtaliyanın Turin Politexnik Universitetində işgüzar səfərdə olub

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın Turin Politexnik Universitetində işgüzar səfərdə olub

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın Turin Politexnik Universitetində işgüzar səfərdə olub ADA Universitetinin nümayəndə heyəti İtaliyanın Turin Politexnik Universitetində işgüzar səfərdə olub

ADA Universitetinin nümayəndə heyəti 3-5 iyun tarixlərində İtaliyanın Turin şəhərində yerləşən Turin Politexnik Universitetinə işgüzar səfər edib. Səfər ADA Universiteti və Turin Politexnik Universiteti arasında İtaliya–Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində həyata keçirilən əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi və Elektrik mühəndisliyi üzrə bakalavr proqramının inkişaf etdirilməsi məqsədi daşıyıb.

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamovun rəhbərlik etdiyi nümayəndə heyətinə universitetin akademik və inzibati heyət üzvləri daxil olublar.

Nümayəndə heyəti Turin Politexnik Universitetinin rektoru Stefano Paolo Korqnati, Təhsil üzrə prorektor Fulvio Korno və Beynəlxalq əlaqələr üzrə prorektor Alberto Sapora tərəfindən qəbul edilib. İtaliya–Azərbaycan Universiteti təşəbbüsünün layihə rəhbəri Aldo Canovanın moderatorluğu ilə keçirilən görüş zamanı Texnologiya transferi üzrə prorektor Gianmario Pellegrino universitetin innovasiya ekosistemi və sənaye tərəfdaşlıqları haqqında təqdimatla çıxış edib.

Proqram çərçivəsində nümayəndə heyəti universitetin bir sıra laboratoriyaları və tədqiqat mərkəzləri ilə yaxından tanış olublar. Səfərin əsas məqsədlərindən biri universitetlər arasında birgə elmi-tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi, tədqiqat qrupları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ortaq laboratoriya və tədqiqat infrastrukturlarının yaradılması imkanlarının müzakirəsi olub. Turin Politexnik Universitetinin qabaqcıl laboratoriya modellərinin ADA Universitetində yaradılacaq yeni elmi-tədqiqat strukturları üçün nümunə rolunu oynaması nəzərdə tutulur.

Bununla yanaşı, ADA Universiteti və Turin Politexnik Universitetinin inzibati heyəti ikili diplom müqaviləsi çərçivəsində ADA tələbələrinin bir semestrlik mobilliyinin təşkili, akademik və inzibati proseslərin əlaqələndirilməsi, eləcə də Elektrik mühəndisliyi üzrə bakalavr proqramının sonunda diplomların verilməsi prosedurlarını müzakirə edərək müvafiq fəaliyyət istiqamətləri üzrə yanaşmalarını uyğunlaşdırıblar.

Səfər çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Beynəlxalq əlaqələr departamenti, Tələbə karyerası və təhsil hüquqları bölməsi, Qeydiyyat və tələbə qəbulu xidmətləri, eləcə də Karyera Mərkəzi ilə görüşlər təşkil olunub və qabaqcıl təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, ADA Universiteti və Turin Politexnik Universiteti arasında əməkdaşlıq İtaliya–Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində uğurla davam etdirilir və tərəflər arasında təhsil, elmi-tədqiqat və innovasiya sahələrində yeni birgə layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətlər genişləndirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media