logo
“Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib

“Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib

“Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib

10 İyun 2026-cı il, saat 12:00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 24 nömrəli Onbirillik Musiqi Məktəbində “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Zəfərə aparan işıq” adlı hesabat konserti təşkil olunub.

Konsert məktəbin şagirdlərindən ibarət Xalq Çalğı Alətləri orkestri və Kamera orkestrinin müşayiəti ilə təqdim olunub. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

 İlk dəfə olaraq məktəbin Xalq Çalğı Alətləri və Kamera orkestrləri solistlərin müşayiətində çıxış ediblər. Xalq Çalğı Alətləri orkestrinə Nəsibə Cəfərova, Kamera orkestrinə isə Rauf Abıyev rəhbərlik edib. Hər iki kollektiv 2024–2025-ci tədris illəri ərzində yaradılıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Sabir Rzayev Milli Qurtuluş Gününün xalqın birliyini, gücünü və gələcəyə inamını əks etdirən mühüm tarix olduğunu bildirib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev isə çıxışında məktəb rəhbərliyini, müəllim və şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.

Konsert proqramı çərçivəsində “Könül Sədaları” və “Həmahəng” xor kollektivləri, müxtəlif instrumental ansambllar və solistlər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Orkestr sözügedən məktəbin direktoru Sabir Rzayevin direktor olduğu vaxtlardan yaranıb və inkşaf edərək Respublika və Beynəlxalq müsabiqə laureatı olmuşdur.

Sonda bir qrup müəllim və məktəbin direktoru Sabir Rzayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəkkürnamələri ilə təltif olunublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media