logo
Professor Asəf Zamanov Oksford Universitetində beynəlxalq liderlik təlimində iştirak edib

Professor Asəf Zamanov Oksford Universitetində beynəlxalq liderlik təlimində iştirak edib

Professor Asəf Zamanov Oksford Universitetində beynəlxalq liderlik təlimində iştirak edib Professor Asəf Zamanov Oksford Universitetində beynəlxalq liderlik təlimində iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Oksford Universitetində keçirilən “Liderlik bacarıqları” (Leadership Skills) beynəlxalq təlim proqramında iştirak edib.

Almaniya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Nigeriya, Pakistan, Polşa və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərinin, alimlərin, nüfuzlu şirkət rəhbərləri və mütəxəssislərin qatıldığı proqram çərçivəsində müasir liderlik modelləri, strateji idarəetmə, effektiv liderlik və kommunikasiya, komanda quruculuğu, innovasiyaların idarə olunması, qərarvermə mexanizmləri və təşkilati inkişaf məsələləri üzrə Oksford Universitetinin Davamlı Təhsil Departamenti (Oxford Lifelong Learning, Department for Continuing Education, University of Oxford) tərəfindən təşkil olunan 5 günlük nəzəri və praktik sessiyalarda ali təhsil müəssisələrinin, həmçinin digər qurumların inkişaf strategiyaları, elmi-tədqiqat fəaliyyətinin idarə edilməsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və qlobal akademik əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar beynəlxalq ekspertlərin təqdimatlarını dinləməklə yanaşı, qrup işləri və interaktiv müzakirələrdə fəal iştirak ediblər.

Proqramı uğurla başa vuran professor Asəf Zamanov müvafiq sertifikatlarla (Personal Presence for Managers, Effective Leadership through Emotional İntelligence; Workplace Psychology: Boosting Performance and Wellbeing) təltif olunub. Bu sertifikatlar müasir liderlik və idarəetmə sahəsində beynəlxalq səviyyədə tanınan bilik və bacarıqların təsdiqi olmaqla yanaşı, universitetdə elmi və innovativ fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ADPU-da elm və innovasiya sahəsində həyata keçirilən islahatların əsas məqsədlərindən biri universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və innovativ fəaliyyətin təşviqidir. Oksford Universitetində keçirilən beynəlxalq təlim proqramında iştirak universitetin strateji inkişaf hədəflərinə uyğun olaraq insan kapitalının gücləndirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından əhəmiyyət daşıyır. Prorektorun bu nüfuzlu proqramda iştirakı ADPU-nun beynəlxalq akademik mühitdə təmsilçiliyinin gücləndirilməsi, universitetdə liderlik mədəniyyətinin inkişafı və elm-innovasiya fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində atılan səmərəli addımlardan biri kimi qiymətləndirilir.

Sonda professor Asəf Zamanov müəllifi olduğu “Kолебание пластин из композитного материала с искривленными структурами” adlı monoqrafiyanı (Баку: Элм, 2013, 192 стр.) Oksford Universitetinin kitabxanasına hədiyyə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media