https://innews.media/uploads/news/2026-06/_innews_75e6c5b992ce3401223439128_o.jpg
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbiri həyata keçirilib.
"innews media" xəbər verir ki, keçirilmiş əməliyyat nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs olunmazdan əvvəl Göygöl rayonunun Çaylı kəndi ərazisində gizlətdiyi silah-sursat aşkarlanıb.
Əməliyyat zamanı qeyd olunan ünvandan 2 ədəd "TOZ-8" markalı odlu silah, həmin silahlara məxsus 13 ədəd patron və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin