logo
Taleh Kazımov beynəlxalq forumda Azərbaycanın maliyyə vizyonunu açıqladı

Taleh Kazımov beynəlxalq forumda Azərbaycanın maliyyə vizyonunu açıqladı

Taleh Kazımov beynəlxalq forumda Azərbaycanın maliyyə vizyonunu açıqladı Taleh Kazımov beynəlxalq forumda Azərbaycanın maliyyə vizyonunu açıqladı

Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun (Islamic Development Bank Group - isdb.org) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan İslam İnkişaf Bankının İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumunda çıxış edib.

Sədr çıxışı zamanı Azərbaycanın regionlar, ölkələr, bazarlar və dayanıqlı maliyyə sistemləri arasında etibarlı körpü rolunu oynadığını bildirib. O, qloballaşma dövründə ekosistemin qurucusu kimi çıxış edən Mərkəzi Bank tərəfindən İslam maliyyəsinin milli maliyyə sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən təşəbbüslər, formalaşdırılan institusional yanaşma və qarşıdakı dövr üzrə prioritetlər barədə fikirlərini bölüşüb. Sədr İslam maliyyəsi sahəsində irəli sürülən təşəbbüslərin ekoloji, sosial və idarəetmə (#ESİ) amilləri nəzərə alınmaqla həyata keçirildiyini xüsusilə vurğulayaraq bu yanaşmanın maliyyə inklüzivliyinin genişləndirilməsinə, məsuliyyətli maliyyələşmənin təşviqinə və uzunmüddətli dayanıqlı iqtisadi inkişaf məqsədlərinə xidmət etdiyini bildirib.

O, çıxışının yekununda Forumun yeni tərəfdaşlıqların qurulması, qlobal əməkdaşlığın dərinləşməsi və İslam maliyyəsinin dayanıqlı inkişaf gündəliyinin təşviqinə mühüm töhfə verəcəyinə dair əminliyini vurğulayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media