https://innews.media/uploads/news/2026-06/_innews_02448eb74141dfb2f6700b751_o.jpg
Azərbaycan estradasının parlaq siması, milyonların sevgisini qazanan Xalq artisti Röya Ayxan doğum günündə xüsusi diqqət və dəyər nümunəsi ilə qarşılaşıb.
Sevilən sənətçiyə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən doğum günü münasibətilə təbrik məktubu və zərif gül dəstəsi təqdim olunub. Səmimi arzuların yer aldığı məktub Röya Ayxan tərəfindən böyük məmnunluqla qarşılanıb.
Xalq artisti bu xoş jestə görə təşəkkürünü bildirərək, göndərilən təbriki sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşım qısa müddətdə sənətçinin pərəstişkarları tərəfindən maraqla qarşılanıb və çoxsaylı təbrik mesajları ilə müşayiət olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin