logo
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026-cı il üzrə Round University Ranking (RUR) beynəlxalq universitet reytinqində ilk dəfə təmsil olunub. RUR-un rəsmi nəticələrinə əsasən ADPU dünya üzrə 1202-ci, Azərbaycan ali təhsil müəssisələri arasında isə 18 universitet içərisində 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Round University Ranking (RUR) dünyanın aparıcı universitetlərinin fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. 2010-cu ildən fəaliyyət göstərən reytinq dünyanın 80-dən çox ölkəsindən minlərlə ali təhsil müəssisəsini müqayisəli şəkildə dəyərləndirir.

RUR universitetləri dörd əsas istiqamət – tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı üzrə qiymətləndirir. Reytinqin formalaşdırılması zamanı 20-dən çox göstəricidən istifadə olunur və qiymətləndirmə əsasən Web of Science beynəlxalq elmi məlumat bazası, eləcə də universitetlərin təqdim etdiyi rəsmi statistik məlumatlar əsasında aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media