https://innews.media/uploads/news/2026-06/_innews_eda7af70e2ceddc9c4bcb809b_o.jpg
Futzal üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.
Yığma üzvləri səhər və axşam olmaqla günü iki məşqlə başa vurub.
Komandamız aprelin 7-dək hazırlığını Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.
Millimiz aprelin 8-də Tiflisə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin