https://innews.media/uploads/news/2026-06/_innews_710a1d0bba566045895fd6fe2_o.jpg
Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kapoeyra üzrə rəsmi ölkə çempionatı uğurla yekunlaşıb. İki gün davam edən turnirdə paytaxt Bakı ilə yanaşı, respublikamızın müxtəlif bölgələrini təmsil edən 200-ə yaxın idmançı birincilik uğrunda gərgin fərdi mübarizə aparıb. Yarışlarda uşaq, yeniyetmə, gənclər və böyüklər kateqoriyaları üzrə ölkənin ən güclü kapoeyra ustaları müəyyən edilib.
Çempionatın ən yaddaqalan və qürurverici məqamlarından biri turnir nəzdində təşkil olunan “Kapoeyra hamı üçün” inklüziv qrup yarışması olub. Bu xüsusi mərhələdə həssas qruplardan olan və müxtəlif diaqnozlu şəxslər böyük əzmkarlıqla çıxış ediblər. İdmanın birləşdirici və motivasiyaedici gücünü nümayiş etdirən bu qrupda mübarizə aparan bütün iştirakçılar xüsusi rəğbətlə qarşılanıb və hər bir şəxs cəmiyyətə güclü iradə ismarışı ötürüb.
Turnirin əsas idman nəticələrinə gəlincə, çempionatın “A” qruplarında qələbə qazanan idmançılar növbəti il ölkəmizi beynəlxalq arenalarda təmsil edəcək milli yığma komandanın daxili heyətini müəyyənləşdirəcəklər.
Uşaqlar (5-9 yaş):
5-7 yaş (Qızlar, B): Aynur Məmmədova Fərhad (Nirvana)
6 yaş (Oğlanlar, B): Yusif Xalıqov Məsih (Wolf)
6-7 yaş (Oğlanlar, A): Cavad Əliyev Fərid (Pernada)
7-10 yaş (Qızlar, A): Yasmina Salyamova Zaur (Dragon)
8 yaş (Oğlanlar, B): Ərtoğrul Hüseynov Hüseyn (Wolf)
8-9 yaş (Oğlanlar, A): Məhəmməd Cabbarlı Elçin (Nirvana)
8-9 yaş (Oğlanlar, B): Riad Çeşmazər Anar (Wolf)
8-9 yaş (Qızlar, B): Yevangelina Lisanova Qeorqiy (Nirvana)
9 yaş (Oğlanlar, B): Nizami Cavadlı Orxan (Wolf)
Yeniyetmələr və Gənclər (10-17 yaş):
10-11 yaş (Oğlanlar, B): Camal Muradzadə Anar (Wolf)
10-11 yaş (Qızlar, B): Zeynəb Məhərrəmli Məhəmməd (Nirvana)
10-12 yaş (Oğlanlar, A): Muhamməd Rüstəmli Vüsal (Dragon)
11-13 yaş (Qızlar, A): Aminə Mirzəliyeva Qalib (Nirvana)
12-13 yaş (Oğlanlar, B): Elmir Dadaşzadə Qüdrət (Wolf)
13 yaş (Qızlar, B): Mədinə Abdullayeva Rəşad (Pernada)
13-14 yaş (Oğlanlar, A): Fikrət Dadaşov Gündüz (Wolf)
14-15 yaş (Oğlanlar, B): Ömər Abbaslı Yavər (Pernada)
15-17 yaş (Oğlanlar, A): Said Şahyarov Vahid (Dragon)
16-17 yaş (Qızlar, A): Mehriban Hacıbabayeva Elnur (Wolf)
Böyüklər:
Kişilər (A kateqoriyası): Fərid Səlimov Ceyhun (Wolf)
Kişilər (B kateqoriyası): Əli Vəlizadə Qəhrəman (Wolf)
Ən son xəbərləri səhifəmizdən də izləyin