https://innews.media/uploads/news/2026-06/_innews_ff9939059d4f36e46cc2e4cae_o.jpg
Kot-d'İvuar millisinin üzvü Adriel Ba Loua ilə "Qəbələ" arasında bağlanmış müqavilənin müddəti başa çatıb.
"innews media" xəbər verir ki, 2025-ci ilin yayından etibarən "qırmızı-qaralar"ın formasını geyinən yarımmüdafiəçi bu müddət ərzində komandanın heyətində 35 rəsmi oyunda meydana çıxıb.
Adriel Ba Loua Premyer Liqada 30, ölkə kubokunda 4 və pley-off mərhələsində 1 görüşdə iştirak edib. Futbolçu bu oyunlarda 4 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qəbələ" İdman Klubu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin