logo
Almaniya millisinin üzvü dünya çempionatında iştirak etməyəcək

Almaniya millisinin üzvü dünya çempionatında iştirak etməyəcək

Almaniya millisinin üzvü dünya çempionatında iştirak etməyəcək Almaniya millisinin üzvü dünya çempionatında iştirak etməyəcək

Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında oynamayacaq.

Buna səbəb futbolçunun zədələnməsidir.

L.Karl Çikaqoda ABŞ seçməsi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə ciddi zədə alıb. Baş məşqçi Yulian Naqelsmann turnir üçün komandaya onun əvəzinə "Leypsiq"in yarımmüdafiəçisi Assan Uedraoqonu dəvət edib.

A.Uedraoqo ötən ilin noyabrında Slovakiya üzərində 6:0 hesablı qələbə qazandıqları dünya çempionatının seçmə mərhələ oyununda Almaniya yığmasının heyətində debüt edib və matçın son qolunu vurub.

Qeyd edək ki, Almaniya yığması DÇ-2026-da E qrupunda Kurasao, Fildişi Sahili və Ekvadorla mübarizə aparacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media