https://innews.media/uploads/news/2026-06/_innews_f45da10d96324141913a1616b_o.jpg
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.
Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb.
Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin