logo
“Bizi sabah maraqlı oyun gözləyir” :Emil Balayev

“Bizi sabah maraqlı oyun gözləyir” :Emil Balayev

“Bizi sabah maraqlı oyun gözləyir” :Emil Balayev “Bizi sabah maraqlı oyun gözləyir” :Emil Balayev

Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Malta yığmasına qarşı keçiriləcək yoldaşlıq matçından öncə fikirlərini bölüşüb.

Təcrübəli qolkiper uzun fasilədən sonra yenidən yığmaya dəvət aldığı üçün məşqçilər heyətinə təşəkkür edib və düşərgədəki ab-havanı yüksək qiymətləndirib:

“Uzun müddətdən sonra yenidən millidə olduğum üçün çox sevinirəm. Mənə etimad göstərdikləri üçün məşqçilərimizə təşəkkürümü bildirirəm. Bizi sabah maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik və artıq dörd gündür Avstriyadayıq. Kollektivdə əsl ailə atmosferi var”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media