https://innews.media/uploads/news/2026-06/_innews_f2db14c519376fd7d25f8b839_o.jpg
Bakıda keçirilən "ITF Juniors J30 Baku" beynəlxalq tennis turnirinin qalibləri bəlli olub.
Yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə mükafatçılar müəyyənləşib.
Oğlanların fərdi mübarizəsində Filip Smirnov 1-ci, Yakov Mazin isə 2-ci yeri tutub. Qızların fərdi yarışında Vladislava Slelina 1-ci, Yevgeniya Sklyar isə 2-ci olub.
Oğlanların qoşa yarışında Filip Smirnov və Yakov Mazin tandemi 1-ci pilləyə yüksəlib, Runmaan Maneş və Yonatan Şaqas ikilisi isə 2-ci yeri tutub.
Qız cütlüklərin mübarizəsində Polina Korelova və Vasilisa Marçenko 1-ci olub, Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina dueti isə turniri 2-ci sırada başa vurub.
Turnir Bakı Tennis Akademiyasında təşkil olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin