logo
Müğənni Zamiq Hüseynov haqqında danışan həmkarlarına cavab verib - VİDEO

Müğənni Zamiq Hüseynov haqqında danışan həmkarlarına cavab verib - VİDEO

Müğənni Zamiq Hüseynov haqqında danışan həmkarlarına cavab verib - VİDEO Müğənni Zamiq Hüseynov haqqında danışan həmkarlarına cavab verib - VİDEO

Bu barədə sənətçi “Pərvizə görə”də danışıb.

“Təəssüf ki, yaxşılıqda, gözəl anlardan bəhs edilmir. Bir balaca pis məqam olan kimi hamı ona vurur, onu tənqid edir. Mən illərdir yaxşı mahnılar oxuyuram. Bu sözü deyirəm ki, bəylərin deyə bilmədiklərini musiqi dili ilə çatdırıram. Bəzən mənim mahnılarımla sevgi etiraf edirlər. Xəbərləri yoxdur, Zamiq onların yanındadır. Zamiqi olduğu kimi qəbul edin, belə sevin. Bu yaxınlarda oldu, bir neçə dost bildiyim insan çıxıb haqqımda danışdı. Girirlər, arxamdan şərh yazırlar... Baxıram, deyirəm ki, burada qalmaq çox çətindir”.

Qeyd edək ki, müğənni Elnur Məmmədov “Afaqla 10lar” verilişində “Zamiqin indiki oxuduğu səs onun öz səsi deyil. Əvvəl oxuduğu səsi indi oxuduğundan daha təbii idi” açıqlamasını vermişdi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media