logo
Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək

Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək

Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov iyunun 25-də Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Ağdam Muğam Mərkəzində (ünvan: Ağdam şəhəri, Heydər Əliyev prospekti, “İmarət” küçəsi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.garabagh@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media