logo
ADPU müəllimlərinin məqalələri Q2 kateqoriyalı jurnallarda çap edilib

ADPU müəllimlərinin məqalələri Q2 kateqoriyalı jurnallarda çap edilib

ADPU müəllimlərinin məqalələri Q2 kateqoriyalı jurnallarda çap edilib ADPU müəllimlərinin məqalələri Q2 kateqoriyalı jurnallarda çap edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifovanın həmmüəllifi olduğu “Qlobal dəyişikliklər fonunda meşə genetik ehtiyatlarının qorunması və bərpası üçün eko-innovasiya və adaptiv yanaşmaların təkmilləşdirilməsi” (“Advancing Eco-Innovation and Adaptive Approaches to Conservation and Restoration of Forest Genetic Resources in the Face of Global Change") adlı məqalə Amerika Birləşmiş Ştatlarında nəşr edilən və Scopus bazasında indeksləşən Q2 kvartilinə daxil olan "Journal of Environmental Accounting and Management” jurnalında çap edilib. 

Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalovun həmmüəllifi olduğu “Fenotiazin əsaslı liqandın ionofor kimi istifadə edildiyi qrafit örtüklü potensiometrik sensor vasitəsilə sənaye tullantı sularında Ag⁺ ionlarının elektrokimyəvi təyini: DFT və eksperimental tədqiqatlar” (“Electrochemical determination of Ag+ in industrial effluents by coated graphite potentiometric sensor based on phenothiazine-based ligand as the ionophore: DFT and experimental studies”) adlı məqalə isə Böyük Britaniyada nəşr edilən və Scopus və Web of Science (SCIE) bazalarında indeksləşən Q2 kvartilinə daxil olan "International Journal of Environmental Chemistry” jurnalında çap edilib.

Məqalələrlə QR kodu oxudaraq və ya qeyd edilən linklərə keçid edərək tanış ola bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media