logo
Aygün ilə Muradın “Çalxala”sı koreyalı DJ-i valeh etdi - VİDEO

Aygün ilə Muradın “Çalxala”sı koreyalı DJ-i valeh etdi - VİDEO

Aygün ilə Muradın “Çalxala”sı koreyalı DJ-i valeh etdi - VİDEO Aygün ilə Muradın “Çalxala”sı koreyalı DJ-i valeh etdi - VİDEO

Cənubi Koreyalı beynəlxalq DJ və musiqi prodüseri, "Doktor" ləqəbi ilə tanınan Sunb Azərbaycanla bağlı paylaşımı ilə diqqət çəkib.

O, Xalq artisti Aygün Kazımova və HITMAKER Murad Arifin məşhur “Çalxala” mahnısını şərh edərək əsərə valeh olduğunu bildirib. DJ paylaşımında mahnı barədə xoş sözlər yazıb və Bakı üçün xüsusi sürpriz hazırladıqlarını vurğulayıb.

Sunb paylaşımında “Fərqli ölkələr, bir dil – musiqi. Sərhədlər fərqli olsa da, musiqi birdir. Bakı üçün iki xüsusi hədiyyə hazırlamışıq” sözlərini qeyd edib.

Sözləri və musiqisi Murad Arifə məxsus olan “Çalxala” mahnısı yeni və fərqli remiks versiyasında təqdim olunub. Layihə sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media