logo
300 mindən çox şagird monitorinqə cəlb olunacaq

300 mindən çox şagird monitorinqə cəlb olunacaq

300 mindən çox şagird monitorinqə cəlb olunacaq 300 mindən çox şagird monitorinqə cəlb olunacaq

Azərbaycanda təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdi arasında monitorinq keçiriləcək.

"innews media" xəbər verir ki, monitorinq çərçivəsində ümumilikdə 13 552 şagirdin kompüter əsaslı qiymətləndirmədə iştirakı nəzərdə tutulur.

Bu il monitorinqlərdə ilk dəfə olaraq açıq tipli suallardan istifadə ediləcək. Yenilik şagirdlərin təkcə test tapşırıqlarını deyil, həm də analitik düşünmə, məntiqi təhlil və yazılı ifadə bacarıqlarını qiymətləndirməyə imkan verəcək.

Qeyd edək ki, monitorinqlərin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, təhsil standartları üzrə bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi, eləcə də tədrisin keyfiyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsidir.

Əldə olunacaq nəticələr təhsil sistemində mövcud vəziyyətin qiymətləndirilməsinə və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media