logo
PAŞA Kapital bazar payını artırıb, yeni hədəflərini açıqlayıb

PAŞA Kapital bazar payını artırıb, yeni hədəflərini açıqlayıb

PAŞA Kapital bazar payını artırıb, yeni hədəflərini açıqlayıb PAŞA Kapital bazar payını artırıb, yeni hədəflərini açıqlayıb

PAŞA Kapital İnvestisiya Şirkəti 2025-ci ildə Azərbaycanın kapital bazarlarının inkişafında mühüm rol oynayıb, bazarın dərinləşməsinə, yeni maliyyə alətlərinin tətbiqinə və investor bazasının genişlənməsinə töhfə verib.

"innews media" xəbər verir ki, bunu şirkətin yeni təyin olunmuş baş direktoru İsi Mustafayev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, PAŞA Kapital son illərdə daha çevik, rəqəmsal və innovativ şirkətə çevrilərək regionun aparıcı investisiya şirkətlərindən biri statusunu möhkəmləndirib.

İ.Mustafayev qeyd edib ki, 2025-ci ildə Azərbaycanın kapital bazarlarında aktiv və davamlı inkişaf müşahidə olunub. O bildirib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə Bakı Fond Birjası üzrə ticarət dövriyyəsində müəyyən dəyişikliklər qeydə alınıb.

"Birjanın ümumi dövriyyəsində azalma müşahidə edilsə də, bunun əsas səbəbi repo bazarının yüksək paya malik olması və dövlət qiymətli kağızlarının həcminin azalmasıdır. Buna baxmayaraq, PAŞA Kapital repo əməliyyatları üzrə dövriyyəsini artırmağa nail olub", – deyə o vurğulayıb.

Baş direktor əlavə edib ki, şirkət 2025-ci ildə daha yüksək nəticələr əldə edərək bazardakı mövqeyini gücləndirib:

"PAŞA Kapitalın ticarət dövriyyəsi 2024-cü ildəki təxminən 27 milyard manatdan 2025-ci ildə 45 milyard manata yaxın səviyyəyə yüksəlib. Əməliyyatların əsas hissəsini dövlət və korporativ qiymətli kağızlarla bağlı əməliyyatlar təşkil edib."

İ.Mustafayev bildirib ki, şirkət qarşıdakı dövrdə də rəqəmsallaşma, innovativ investisiya məhsullarının tətbiqi və investor bazasının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media