https://innews.media/uploads/news/2026-06/_innews_05d1ffce122b6d735096aa79e_o.jpg
Ötən il “PAŞA Kapital” investisiya şirkətinin aktivlərində əhəmiyyətli artım qeydə alınıb.
“innews media” xəbər verir ki, bu barədə şirkətin Baş icraçı direktorunun müavini Elnur Fətullayev 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, “PAŞA Kapital”ın aktivləri 2024-cü ildəki 56,1 milyon manatdan 2025-ci ildə 64,8 milyon manata yüksəlib. Beləliklə, şirkətin aktivləri bir il ərzində 8,7 milyon manat artıb.
Elnur Fətullayev bildirib ki, hesabat dövründə şirkətin öhdəlikləri əksinə, azalma nümayiş etdirib. Belə ki, öhdəliklərin həcmi 47,6 milyon manatdan 46,1 milyon manata enib.
Şirkətin kapitalı da artaraq 16,5 milyon manatdan 18,7 milyon manata çatıb. Bu isə maliyyə dayanıqlığının daha da gücləndiyini göstərir.
Baş icraçı direktorun müavini qeyd edib ki, xalis mənfəətdə də müsbət dinamika müşahidə olunub. Onun sözlərinə görə, 2024-cü ildə 2,2 milyon manat təşkil edən xalis mənfəət 2025-ci ildə 2,5 milyon manata yüksəlib. Bu, illik müqayisədə 13 faiz artım deməkdir.
Maliyyə göstəricilərinə əsasən, 2025-ci ildə şirkətin xalis mənfəət marjası 25,3 faiz, kapitalın rentabelliyi (ROE) isə 14,5 faiz təşkil edib.
Şirkət rəhbərliyi əldə olunan nəticələrin “PAŞA Kapital”ın investisiya bazarındakı mövqeyinin möhkəmləndiyini və fəaliyyətinin səmərəliliyinin artdığını göstərdiyini bildirib.
Ən son xəbərləri səhifəmizdən də izləyin