https://innews.media/uploads/news/2026-06/_innews_b60f0128196d5fbfde46cad40_o.jpg
2025-ci ildə "PAŞA Kapital”ın gəlirləri 9,9 milyon manata yüksəlib.
Bunu PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) Baş icraçı direktorun müavini Elnur Fətullayev şirkətin 2025-ci il üzrə maliyyə nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, "PAŞA Kapital"-ın aktiv bazası genişlənib, öhdəliyi isə azalıb:
"2024-cü ildə şirkətin gəlirləri 8,4 milyon manat olub. Ötən il isə bu rəqəm 18 faiz artaraq 9,9 milyon manata çatıb".
Direktor müavininin sözlərinə görə, gəlirlərin əsas hissəsini haqq və komissiya gəlirləri təşkil edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin