https://innews.media/uploads/news/2022-11/_innews_3f2c1026e5bc1429d7e5fe0cd_o.jpg
Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. “Minar-e-Pakistan”ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.
“Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir.
Qeyd olunmalıdır ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin