logo
Anıl Emre Daldal Hayal Kahvesində sevənləri ilə görüşdü

Anıl Emre Daldal Hayal Kahvesində sevənləri ilə görüşdü

Anıl Emre Daldal Hayal Kahvesində sevənləri ilə görüşdü Anıl Emre Daldal Hayal Kahvesində sevənləri ilə görüşdü

Türkiyənin sevilən müğənnisi Anıl Emre Daldal Bakının ən sevilən canlı musiqi məkanlarından biri olan Hayal Kahvesində möhtəşəm konsert proqramı ilə çıxış edib. Musiqisevərlərin böyük marağına səbəb olan gecə yaddaqalan anlarla yadda qalıb.

Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran sənətçi Azərbaycana xüsusi sevgisi olduğunu bildirib. O, Azərbaycan tamaşaçılarının səmimiyyətini və musiqiyə olan sevgisini yüksək qiymətləndirdiyini vurğulayaraq ölkəmizə hər gəlişindən xoş təəssüratlarla ayrıldığını deyib.

Anıl Emre Daldal Azərbaycanlı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan Jony ilə bağlı da danışıb. Sənətçi Jony-ni tanıdığını, hətta onun öz mahnılarından birini sosial şəbəkədə paylaşdığını qeyd edib və bundan məmnunluq duyduğunu bildirib.

Müğənni Azərbaycanda olduğu müddətdə ölkəmizin tarixi məkanlarını ziyarət etmək istədiyini də söyləyib. O, xüsusilə Hərbi Qənimətlər Parkı ilə maraqlandığını və ora getməyi planlaşdırdığını qeyd edib.

Söhbət zamanı Azərbaycan mətbəxindən də bəhs edən sənətçi milli yeməklərimizi çox bəyəndiyini, xüsusilə yerli təamların dadı və müxtəlifliyinin onda xoş təəssürat yaratdığını bildirib.

Daha sonra səhnəyə çıxan Anıl Emre Daldal sevilən hitlərini səsləndirərək Hayal Kahvesini dolduran tamaşaçılara unudulmaz musiqi axşamı yaşadıb. Müasir atmosferi, yüksək səviyyəli təşkilatçılığı və canlı musiqi ənənəsi ilə seçilən Hayal Kahvesi bir daha sənətçi və tamaşaçıları eyni duyğular ətrafında birləşdirən xüsusi məkan olduğunu nümayiş etdirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media