logo
“Avromed Company” MMC 1 İyun münasibətilə uşaqlar üçün sosial dəstək aksiyası həyata keçirib

“Avromed Company” MMC 1 İyun münasibətilə uşaqlar üçün sosial dəstək aksiyası həyata keçirib

“Avromed Company” MMC 1 İyun münasibətilə uşaqlar üçün sosial dəstək aksiyası həyata keçirib “Avromed Company” MMC 1 İyun münasibətilə uşaqlar üçün sosial dəstək aksiyası həyata keçirib

Ölkənin aparıcı əczaçılıq şirkətlərindən olan “Avromed Company” MMC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti sosial məsuliyyət təşəbbüsünü reallaşdırıb. Şirkət Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri üçün xüsusi bayram proqramı təşkil edib.

Təşəbbüsün əsas məqsədi sığınacaqda yaşayan uşaqların sosial rifahına töhfə vermək, onların asudə vaxtının səmərəli və maraqlı təşkili üçün əlavə imkanlar yaratmaq, eyni zamanda bayram sevincini onlarla bölüşmək olub.

Proqram çərçivəsində uşaqlar üçün ilk olaraq “CineMastercard” kinoteatrlar şəbəkəsində xüsusi film nümayişi təşkil edilib. Layihəyə tərəfdaş qismində qoşulan “CineMastercard” bu sosial təşəbbüsün həyata keçirilməsinə dəstək göstərərək uşaqlar üçün unudulmaz kino təcrübəsinin yaşanmasına töhfə verib.

Kinoseansdan sonra uşaqlar üçün bayram naharı təşkil olunub. Tədbirdə “Avromed Company” MMC-nin əməkdaşları da iştirak edərək uşaqlarla səmimi ünsiyyət qurub, onların sevincinə şərik olublar. Günün sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

“Avromed Company” MMC insan kapitalına və cəmiyyətin həssas qruplarına dəstəyi korporativ dəyərlərinin ayrılmaz hissəsi hesab edir. Şirkət xüsusilə uşaqların qayğı, diqqət və inkişaf imkanları ilə əhatə olunmasının sağlam və güclü cəmiyyətin formalaşmasında mühüm rol oynadığına inanır. Bu baxımdan həyata keçirilən sosial layihələr yalnız dəstək xarakteri daşımır, eyni zamanda uşaqların cəmiyyətə inteqrasiyasına, onların motivasiyasının və sosial aktivliyinin artırılmasına xidmət edir.

“Avromed Company” gələcək fəaliyyətində də uşaqların rifahına, təhsilinə və sosial inkişafına yönəlmiş layihələrin, eləcə də müxtəlif xeyriyyə və sosial təşəbbüslərin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanın əczaçılıq sektorunda aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tərəfdaşla əməkdaşlıq edir, ölkə üzrə aptek, klinika və xəstəxanaları keyfiyyətli dərman vasitələri və sağlamlıq məhsulları ilə təmin edir. Müasir logistika infrastrukturu, yüksək xidmət standartları və etibarlı tərəfdaşlıq prinsipləri ilə “Avromed Company” ölkənin səhiyyə sisteminin inkişafına davamlı töhfə verir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media