logo
ADPU-da Respublika elmi konfransı: “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər”

ADPU-da Respublika elmi konfransı: “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər”

ADPU-da Respublika elmi konfransı: “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” ADPU-da Respublika elmi konfransı: “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər”

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” II Respublika elmi konfransı keçirilib. 

Respublikanın müxtəlif ali təhsil müəssisələrindən alim və tədqiqatçıların iştirak etdiyi konfrans Azərbaycan dilçiliyinin aktual problemlərinin müzakirəsi, yeni elmi yanaşmaların təqdim olunması və müasir dövrdə dilçilik elminin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Konfransın açılış mərasimində giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bu kimi elmi konfransların Azərbaycan dilçiliyinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor konfransın elmi fikir mübadiləsi baxımından məhsuldar olacağına əminliyini ifadə edərək iştirakçılara uğurlar arzulayıb. 

Daha sonra çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Azərbaycan dilinin milli kimliyimizin əsas sütunlarından biri olduğunu qeyd edib. O bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, mədəniyyətini, mənəvi dəyərlərini yaşadan ən mühüm amildir. Prorektor qeyd edib ki, bu cür elmi konfranslar həm milli elmi potensialın gücləndirilməsinə, həm də Azərbaycan dilçiliyinin beynəlxalq miqyasda təbliğinə mühüm töhfə verir.

Daha sonra ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramov “Azərbaycan dili şivələrinin leksikoqrafiyasının tərtibi prinsipləri”, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova “Mətn sintaksisi problemləri”, AZTU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Həbib Mirzəyev “Rəqəmsal mühitdə dilin təmizliyinin qorunmasının aktual məsələləri”, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Azərbaycan dilçiliyində mövcud problemlər və onlardan çıxış yolları” mövzusunda məruzə edərək dilçilik sahəsində mövcud elmi problemlər və onların həlli istiqamətində təkliflərini iştirakçıların diqqətinə çatdırıblar.

Rəsmi açılış mərasimindən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media