logo
50 ilin məzunları ADPU-da

50 ilin məzunları ADPU-da

50 ilin məzunları ADPU-da 50 ilin məzunları ADPU-da

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 1972–1976-cı illərdə Riyaziyyat fakültəsində təhsil almış məzunlarla görüş keçirilib.

Görüşün açılışında Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunlara universitetdə son illərdə həyata keçirilən yeniliklər, tədris və infrastruktur sahəsində görülən işlər, eləcə də məzunlarla əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.

Daha sonra məzunlar tələbəlik illərini yenidən xatırlamaq məqsədilə vaxtilə dərs keçdikləri auditoriyalara baş çəkib, universitet həyatı ilə bağlı xatirələrini bölüşüblər.

Səmimi şəraitdə keçən görüşdə Riyaziyyat fakültəsinin dekanı dosent Allahverdi Cəfərov və fakültənin dekan müavini Musa Razayev də iştirak ediblər. Çıxışlarda universitetlə məzunlar arasında əlaqələrin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media