logo
Quba filialında gənc tədqiqatçıların konfransı keçirilib

Quba filialında gənc tədqiqatçıların konfransı keçirilib

Quba filialında gənc tədqiqatçıların konfransı keçirilib Quba filialında gənc tədqiqatçıların konfransı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində  28 May - Müstəqillik Gününə həsr olunmuş "Memarlıq və müstəqillik: quruculuqdan tərəqqiyə" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə filial rəhbərliyi, professor-müəllim heyəti,  gənc tədqiqatçılar və qonaqlar iştirak ediblər.

Rəsmi hissəni giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətinə toxunaraq, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının dövlətçilik tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayıb. Direktor bildirib ki, müstəqilliyimiz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik dühası sayəsində yenidən bərpa olunmuş və əbədi xarakter almışdır. Ulu öndərin ölkənin şəhərsalma və memarlıq sahəsində əsasını qoyduğu unikal strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf modelinin əsas sütununa çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş və böyük quruculuq meydanına çevrilmiş qədim Qarabağ və Şərqi Zəngəzur torpaqları, Cümhuriyyət qurucularının da ruhunu şad edəcək şəkildə, bu unikal memarlıq fəlsəfəsinin və milli intibahımızın ən canlı nümunəsidir.

Konfransın moderatoru, filialın Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov çıxışında konfransın elmi aktuallığına toxunaraq bildirib ki, müstəqillik dövrü Azərbaycan memarlığı təkcə vizual yenilik deyil, həm də milli kimliyimizin və dövlət suverenliyimizin daşlara yazılan salnaməsidir. Gənc alimlərin bu sahədəki tədqiqatlarının əhəmiyyətini qeyd edən sədr, konfransın beynəlxalq statusunun təcrübə mübadiləsi baxımından gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını diqqətə çatdırıb.

Konfransda p.f.d. Pərvanə Rzayeva, p.f.d. Aysel Şeydayeva, Nübar Bayramova, t.f.d. Mürvət Əliyev, r.f.d. Elnarə Axundova,  Gülər Yaqubova və Bikə Fərmanzadə məruzə ilə çıxış ediblər.

Məruzələrdə müstəqillik dövründə Azərbaycan memarlığının keçdiyi şərəfli inkişaf yolu, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə cənnət Qarabağda böyük uğurla tətbiq edilən və dünyaya nümunə olan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, həmçinin şəhərsalma prosesində müasir təhsil infrastrukturunun, məktəblərin rolu və pedaqoji yanaşmalar, multikultural və İnkluziv cəmiyyət anlayışları geniş, fundamental şəkildə təhlil olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media