logo
Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşları qəbul edib Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 15 may 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın rayonunda Laçın və Kəlbəcər rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media