https://innews.media/uploads/news/2026-05/_innews_a3204f6ef269fab0ed347884b_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 150-dən çox aktiv tələbəsii 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib.
WUF13 çərçivəsində keçirilən “Yeni Şəhər Gündəliyinə Nəfəs Vermək: Davamlı Şəhərlər üçün Hava Keyfiyyəti və Yaşıl İnfrastrukturun İnteqrasiyası” mövzusuna həsr olunmuş forumda ADPU Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri və 70-dən artıq üzv tələbə iştirak edib.
Həmçinin, WUF13-ün müxtəlif tədbirlərində ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 30-a yaxın, MEH Ədəbi Dərnəyinin 20-dən artıq, Yunesko klubun 7, Təhsil Könüllüləri Tələbə Birliyinin 4, Yeni Klubun 3 fəal üzvü müxtəlif sessiya və panel müzakirələrinə qatılaraq şəhərsalma, dayanıqlı inkişaf və mənzil siyasəti ilə bağlı aktual mövzular ətrafında fikir mübadiləsində iştirak ediblər.
Qeyd edək ki, tələbələrlə yanaşı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında universitetin onlarla müəllim və əməkdaşları da aktiv iştirak ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin