https://innews.media/uploads/news/2026-05/_innews_a2f86632adcc4213015198ff3_o.jpg
26 may 2026-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
|
Dövlət istiqrazının növü |
Kuponlu, uzunmüddətli, dövlət istiqrazları |
|
Qiymətli kağızın ISIN kodu |
AZ0301250012 |
|
Buraxılış həcmi |
200 000 000 manat |
|
Qiymətli kağızın miqdarı |
2 000 000 ədəd |
|
Nominal dəyəri |
100 manat |
|
İstiqrazların tədavül müddəti |
3600 gün |
|
Kupon ödənişləri |
2026-cı il 26 noyabr, 2027-ci il 26 may, 2027-ci il 26 noyabr, 2028-ci il 26 may, 2028-ci il 26 noyabr, 2029-cu il 26 may, 2029-cu il 26 noyabr, 2030-cu il 26 may, 2030-cu il 26 noyabr, 2031-ci il 26 may, 2031-ci il 26 noyabr, 2032-ci il 26 may, 2032-ci il 26 noyabr, 2033-cü il 26 may, 2033-cü il 26 noyabr, 2034-cü il 26 may, 2034-cü il 26 noyabr, 2035-ci il 26 may, 2035-ci il 26 noyabr, 2036-cı il 26 may |
|
Kupon dərəcəsi |
7.0% |
|
Ödəmə tarixi |
26.05.2036 |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Ən son xəbərləri səhifəmizdən də izləyin