logo
Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da elmi-praktik təcrübə keçiblər

Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da elmi-praktik təcrübə keçiblər

Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da elmi-praktik təcrübə keçiblər Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da elmi-praktik təcrübə keçiblər

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Qazaxıstan Milli Qızlar Pedaqoji Universiteti arasında mövcud olan elmi-pedaqoji əməkdaşlıq çərçivəsində növbəti akademik mobillik proqramı uğurla həyata keçirilib.

02–16 may 2026-cı il tarixlərini əhatə edən proqram çərçivəsində Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin “Təhsildə menecment və liderlik” və “Pedaqoji ölçmələr” ixtisaslaşmaları üzrə təhsil alan 9 nəfər II tədris ili magistrantı ADPU-da elmi-praktiki təcrübə keçib. İki həftə davam edən proqram müddətində magistrantlar universitetin idarəetmə sistemi, strateji inkişaf prioritetləri, elmi fəaliyyət istiqamətləri və ali təhsildə müasir idarəetmə yanaşmaları ilə yaxından tanış olublar. Proqram iştirakçıları universitetin struktur bölmələrinin fəaliyyəti, idarəetmə mexanizmləri və institusional inkişaf təcrübəsi ilə bağlı geniş məlumat əldə ediblər.

Akademik mobillik proqramı çərçivəsində magistrantlar ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanovun rəhbərlik etdiyi struktur bölmələrində universitetdə elmi-tədqiqat fəaliyyətinin təşkili, innovasiya siyasəti, elmi layihələrin idarə olunması və akademik mühitdə tətbiq olunan müasir yanaşmalar sahəsində aparılan fəaliyyətlə tanış olublar. Eyni zamanda, sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayevin rəhbərlik etdiyi tələbələrlə iş, sosial layihələrin təşkili və sosial siyasətin idarə olunması barədə ətraflı məlumat əldə edərək bu istiqamətdə elmi-praktik təcrübə qazanıblar.

Proqram çərçivəsində qonaq magistrantların ADPU-nun rektoru professor Cəfər Cəfərov ilə görüşü də keçirilib. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, akademik mobillik proqramlarının əhəmiyyəti, eləcə də gənc tədqiqatçıların beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Rektor iki qardaş ölkənin ali təhsil müəssisələri arasında formalaşmış əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq bu kimi proqramların gələcək elmi və peşəkar fəaliyyət baxımından mühüm rol oynadığını qeyd edib. 

Proqramın sonunda magistrantlarla ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova arasında yekun görüş keçirilib. Görüşdə proqramın nəticələri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda iki həftəlik elmi-praktiki təcrübə proqramını uğurla başa vuran magistrantlar beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova tərəfindən ADPU-nun rəsmi sertifikatları ilə təltif olunublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media