logo
Lənkəran Dövlət Dram Teatrı “Məkr və məhəbbət” tamaşası ilə Qaxda çıxış edib

Lənkəran Dövlət Dram Teatrı “Məkr və məhəbbət” tamaşası ilə Qaxda çıxış edib

Lənkəran Dövlət Dram Teatrı “Məkr və məhəbbət” tamaşası ilə Qaxda çıxış edib Lənkəran Dövlət Dram Teatrı “Məkr və məhəbbət” tamaşası ilə Qaxda çıxış edib

25 may 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrı  Qax rayonunda Fridrix Şillerin “Məkr və məhəbbət” tamaşası ilə qastrol səfərində olub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşa Qax Dövlət Kukla Teatrında nümayiş olunmuşdur.

Səhnə əsəri teatrsevərlər tərəfindən böyük rəğbət, gurultulu alqışlar və yüksək təəssüratla qarşılanmışdır.

Teatrın rəhbərliyi və kollektivi adından göstərilən diqqətə və yaradılan yüksək şəraitə görə  Qax Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Yusif Abdurahmanova dərin minnətdarlığımızı bildiririk.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media